ArxivXəbər lentiXəbərlər

Rusiya, İran və Azərbaycan XİN rəhbərləri Bakıda Qarabağı müzakirə edəcək

Aprelin 7-də Bakıda keçiriləcək Rusiya Federasiyası, İran İslam Respublikası və Azərbaycan ,Respublikası XİN rəhbərləri Sergey Lavrov, Məhəmməd Zərif və Elmar Məmmədyarovun üçtərəfli görüşlərində əsas müzakirə mövzusu Dağlıq Qarabağda vəziyyətin nəzarətə alınması barədə olacaq.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Sankt Peterburqda Ümumrusiya Xalq Cəbhəsi mediaforumunda çıxış edən Rusiyanın XİN nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“Hazırda ən vacib məsələ problemin dinc yolla həlli və zorakılığın dayandırılmasıdır. Hələ vəziyyət gərginləşməzdən öncə İran, Azərbaycan və Rusiya XİN rəhbərlərinin üçtərəfli görüşü planlaşdırılmışdı. Təbii ki, Dağlıq Qarabağ məsələsi əsas müzakirə mövzusu olacaq”, – deyə o bildirib.

Bundan başqa o vurğulayıb ki, böhran tam həll olunana qədər Ukrayna məsələsi bağlanmayacaq. Nitqində bundan başqa Suriya üzrə Rusiya Federasiyası və ABŞ əməkdaşlığından, Dövlət Departamentinə münasibətdən danışıb, həmçinin Avropa Birliyi və Türkiyə arasında qaçqın mübadiləsinin qul alverinə niyə bənzəməsini müzakirə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button