Rusiya: İrana qarşı sanksiyaların ləğv edilməsi üçün səylərimizi davam etdirəcəyik
Eastnews.org-un verdiyi xəbərə görə, İran səfiri ilə telefon danışığında Rusiya xarici işlər nazirinin müavini Moskvanın İrana qarşı sanksiyaları qaldırmaq üçün səylərini davam etdirəcəyini vurğulayıb. Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabko telefon danışığında İran İslam Respublikasının səfiri Kazim Cəlali ilə mühüm ikitərəfli, regional və beynəlxalq mövzuları müzakirə edib. Görüş zamanı İran səfiri koronavirus fəlakəti ilə mübarizədə Rusiyanın İrana verdiyi yardımı yüksək qiymətləndirib. O, həmçinin G-20 çərçivəsində sanksiyaların qaldırılması üçün səylərin davam etdirilməsinin zəruriliyini vurğulayıb və BMT Təhlükəsizlik Şurasının zəifləməsinə yönəlmiş birtərəfli tədbirlərin görülməsi üçün birlikdə işləməyin vacibliyini qeyd edib. Rusiyanın birtərəfli qaydada sanksiyaların qaldırılması və bəzi böyük ölkələrin, o cümlədən Rusiya və İran tərəfindən anti-sanksiya kampaniyasının yaradılması səylərini izah edən Sergey Ryabkov, Moskvanın bu addımlarını davam edəcəyini vurğulayıb.