ArxivXəbər lentiXəbərlər

Rusiya: İranın ABŞ sanksiyalarından ziyan görməməsi üçün əlimizdən gələni edəcəyik

qafqaz.ir -un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası İran ABŞ-ın yeni eksterritorial sanksiyalar dalğasından zərər görməməsi üçün hər şeyi etmək niyyətindədir.
Bu haqda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.
Biz, İran İslam Respublikasının mövqelərinin möhkəmlənməsi və ABŞ administrasiyasının qərarı ilə bərpa olunan eksterritorial sanksiyalar dalğasının mənfi nəticələrinin olmaması üçün, əlimizdən gələn maksimumu etmək fikrindəyik.”, – deyə Ryabkov İran xarici işlər nazirinin müavini Abbas Ərakçi ilə görüş zamanı bildirib.
Biz, İranın nüvə proqramına dair sazişin etibarlı, dayanıqlı şəkildə yerinə yetirilməsi və bu sazişin sizin ölkənizin, bizim ölkəmizin və beynəlxalq təhlükəsizliyin maraqlarına xidmət etməsi üçün gələcəkdə də əlimizdən gələn hər şeyi edəcəyik. Biz bu sazişə sadiq qaldığımızı təsdiqliyirik.”, – deyə Ryabkov qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button