Akif Heydərli: Dünya müsəlmanları Ayətullah İsa Qasımın ədalətsiz mühakiməsinə etiraz etməlidirlər

Azərbaycan İslam Partiyasının sədr müavini dünya müsəlmanlarının Bəhreyndə Ali-Xəlifənin zülm və zorakılığa əsaslanan siyasətləri qarşısında durmalı və Bəhreyn İslam hərəkatının rəhbəri şeyx İsa Qasımın ədalətsiz mühakiməsinə reaksiya bildirməli olduğunu bildirib.
Akif Heydərli Səhər kanalının Bakıdakı müxbirinə verdiyi müsahibədə deyib: Ali-Xəlifə rejimi bu mübariz ruhanini mühakimə etməklə öz qanunlarını pozmuş olub və onun vətəndaşlığını ləğv etməklə insan haqlarını kobud şəkildə pozduğunu göstərmiş oldu.
Akif Heydərli Ali-Xəlifə rejiminin Bəhreyn xalqı və din alimləri ilə zorakılığa əsaslanan davranışlarına da işarə edib və deyib: Ali-Xəlifə rejimi bu kimi rəftarları ilə geniş xalq etirazlarına səbəb olub və özünü məhvə sürükləyir.