
İslam İnqilabının ali lideri Ayətullah Seyyid Əli Xamenei tanınmış müctəhid Ayətullah Müslim Mələkutinin vəfatı ilə əlaqədar azərbaycanlılara başsağlığı verib.
vəfatla bağlı verilən başsağlığında deyilir:
“Dini-elmi ocaqların bariz alimlərindən olan Ayətullah şeyx Müslim Mələkuti cənablarının vəfat etməsi ilə əlaqədar, onun ailəsi, şagirdləri, bütün əziz Azərbaycan xalqına, müctəhidlərə və elmi-dini təhsil ocaqlarının alimlərinə başsağlığı verirəm.
Bu mübariz alimin, İslam İnqilabından öncə və sonrakı gərgin dövrlərdə siyasi səhnədə intensiv şəkildə hazır olması, Təbrizdə imam-cümə vəzifəsinin daşıyıcısı kimi müqəddəs müdafiə (İran-İraq müharibəsi) dövründə etdiyi xidmətlər və mübariz əsgərlərlə birgə atdığı addımlar, onun unudulmaz keçmişə malik olduğunu göstərir. Onun etdikləri tarixin yaddaşından silinməyəcək və hökmən savablı əməllər siyahısına düşəcək”.