ArxivSosialXəbər lentiXəbərlər
Rusiya prezidenti Britaniya baş nazirini dəvətini qəbul etmədi

Rusiya prezidenti Vladimir Putin koronavirusa qarşı vaksin hazırlanması üçün keçiriləcək virtual konfransa qatılamayacaq.
Rakurs.tv Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Böyük Britaniya baş naziri Boris Consonun dəvətini geri çevirib.
“Global Vaccine Summit 2020” sammiti iyunun 4-də keçiriləcək. Boris Conson virusa qarşı effektiv vaksin hazırlanması üçün dövlət başçıları ilə iclas keçirəcəyini deyib.