Rusiya prezidenti İranda Ali lider Xameneyi ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin sabah İranın paytaxtı Tehranda keçiriləcək üçtərəli görüşdə Ali lider Ayətullah Xameneyi ilə təkbətək görüş keçirəcək. Bundan əlavə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə də təkbətək görüş gözlənilir.
FaktXəbər-in məlumatına görə, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
O qeyd edib ki, Ayətullah Xameneyi və prezident Ruhani ilə görüşdə söhbət mövzusu Suriya, ikitərəfli əlaqələr, “Nüvə mqaviləsi”ndəki vəziyyət və ABŞ-ın razılaşmadan çıxması olacaq.
“Türkiyəyə gəldikdə isə deyə bilərəm ki, çox yüksək səviyyədə sıx əlaqələrimiz var. Həmin görüşdə də İran kimi, ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri və təbii olaraq, Suriya platformasında vəziyyət dərin müzakirə ediləcək”, – Ushakov deyib.
Sammit barədə də danışan Uşakov bildirib ki, bu, Astana prosesi ilə bağlı üçüncü görüşdür. Toplantıda Suriyadakı mövcud vəziyyət, Suriya probleminin həlli yolundakı uzunmüddətli həll yolları, terrorla bağlı konkret addımlar, ölkədə humanitar vəiyyətin yüksəldilməsi müzakirə olunacaq.