Azərbaycanda cəza çəkən 26 iranlı məhbus öz ölkəsinə verilib.
qafqaz.ir IRNA-ya istinadən verilən məlumata görə, bunu İranın Azərbaycandakı baş konsulu Seyid Nasir Mircamali deyib.
Onun sözlərinə görə, məhbusların təhvil verilməsi prosesi Astara sərhəd-keçid məntəqəsində baş tutub.
Baş konsul qeyd edib ki, 1999-cu ildə iki ölkə arasında məhkumların ekstradisiya haqqında sazişin imzalanmasından etibarən Azərbaycandan İrana 24 dəfə ekstradisiya həyata keçirilib, ümumilikdə isə 500 iranlı məhbus vətənlərinə təhvil verilib.