ŞİD-ə qarşı yaradılmış koalisiya heç bir effekt vermir və daha çox nümayiş xarakteri daşıyır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, koalisiya qüvvələri İŞİD döyüşçülərinin harada yerləşdiklərini bildikləri halda həmin ərazilərə zərbələr endirmirlər:
“Artıq bununla bağlı bizim əlimizdə informasiyalar var. Bundan başqa koalisiya qüvvələri artıq yox olmuş müxalifətə hələ də müxtəlif kanallarla silah göndərir”.