Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
Qafqaz.ir xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” partiyasından olan üzvü Vitaliy Milonovun Ermənistan medialarına müsahibəsi zamanı Azərbaycan Respublikası dövlətinə və xalqına qarşı ifadələrini əsassız adlandıraraq, onu pisləyib.
Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili də Vitaliy Milonovun səsləndirdiyi fikirlərin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyini bildirib.