ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya sülhməramlıların komandiri yenidən deyişdi

Rusiyanın Qarabağdakı sülhməramlılarına yeni komandan təyin edilib.

 Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilib.

Görüş zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Xatırladaq ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. Hazırda məsuliyyət Gennadi Anaşkinə keçib.

Yeri gəlmişkən bildirək ki, sülhməqamlılar kontingentinə Kosobokovun komandan təyin edilməsi Azərbaycanda böyük narazılıq doğurmuşdu. Bildirilirdi ki, sözü gedən rus generalı müsbət küçmişə malik deyil.

siyasi şərhçi Azər Rəşidoğlu isə ounun haqqında bu ifadələri dilə gətirmişdi: “Abxaziya cəlladı” ləqəbini qazanmış, “qaynar nöqtə”lərdə öz sərtliyi ilə tanınan general-mayor Mixail Kosobokovun bu posta gətirilməsi ondan xəbər verir ki, Kreml Qarabağda Rusiyanın müvəqqəti nəzarətində olan ərazilərdə möhkəmlənmək və daha sərt addımlar atmağı planlaşdırırlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button