ArxivXəbər lentiXəbərlər
Rusiya Suriyada İŞİD-çi çeçenləri öldürdü

Rusiya və Suriya Hərbi Hava Qüvvələri Deyr əz-Zorda yerləşən İŞİD-ə aid hərbi düşərgəni məhv edib.
Düşərgənin bombalanması nəticəsində Çeçenistan, Tunis, Mərakeş, Liviya, Səudiyyə Ərəbistanı və İraqdan olan İŞİD döyüşçüləri öldürülüb.
İŞİD düşərgənin məhvindən sonra hücuma keçib.
Suriya ordusunun güclü müqaviməti ilə üzləşən və 17 döyüşçüsünü itirən terrorçular geri çəkilməli olublar.