
Səudiyyə Ərəbistanının sabiq təhlükəsizlik vəzifəlisinin ailəsi onun iki övladının bu ölkədə həbs edildiyini xəbər verib.
Qafqaz Həqiqətləri “BBC”-yə istinadla xəbər verir ki, 3 il bundan əvvəl Məhəmməd bin Salmanın vəliəhd kimi hakimiyyətə gəlməsindən narahat olduğu üçün Kanadaya sığınmış doktor Səd Cəbrinin 1 qız və 1 oğlan övladı Ərəbistanda həbs edilib.
Doktor Cəbri Ərəbistan Təhlükəsizlik Xidməti ilə Mİ6 kimi qərb təhlükəsizlik təşkilatları arasında əlaqələndirici vəzifəsində çalışırdı.
Cəbrinin ailəsi Sara və Ömərin 16 martda Riyadda həbs edildiyini bildirib.
Doktor Cəbrinin böyük oğlu Xalid Cəbri BBC-yə deyib ki, 50 təhlükəsizlik əməkdaşı 20 avtomobillə Cəbrinin Riyaddakı evinə gedərək onun 21 və 20 yaşlı övladlarını həbs ediblər.