Ermənistan və Rusiya xarici işlər nazirləri – Edvard Nalbandyan və Sergey Lavrov Vyanada ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının plenar iclası çərçivəsində ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə ediblər.
qafqaz.ir Oxu.Az -yə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in Mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı xarici işlər nazirləri Ermənistan-Rusiya münasibətlərinin mövcud vəziyyəti, iki dövlət başçısının əldə etdiyi razılaşmaların həyata keçirilməsi və ATƏT-in fəaliyyətinin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıblar”, – Ermənistan XİN-in saytında bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, nazirlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini nəzərdən keçiriblər.