Rusiya XİN-in məlumatında deyilir ki, görüşdə Cənubi Qafqazdakı vəziyyət əsaslı şəkildə müzakirə olunub. Tehranda keçirilmiş “3+3” platforması üzrə nazirlər görüşünün nəticələri nəzərə alınmaqla, regionda vəziyyətin sabitləşdirilməsi üçün çoxtərəfli sazişlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər həmçinin Mərkəzi Asiya ilə bağlı aktual məsələlər və Ukrayna münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.