ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Rusiya XİN: ABŞ uğursuz cəhdlərlə sanksiyaları siyasi şantaj mexanizminə çevirməyə çalışır

ABŞ Kubada olduğu kimi birtərəfli sanksiyalara siyasi şantaj mexanizmi statusu verilməsi ilə bağlı uğursuz cəhdlər edir.
bu barədə BMT Baş Assambleyasının Vaşinqton tərəfindən ada dövlətinə qarşı tətbiq etdiyi iqtisadi blokadaya qarşı qətnamənin qəbulu ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Görünən odur ki, Birləşmiş Ştatlar uğursuz cəhdlərlə “Monro doktrinasına” qlobal miqyas, qeyri-qanuni birtərəfli sanksiyalara isə siyasi şantajın universal mexanizmi statusu verməyə çalışır”, deyə nazirliyin bəyanatında deyilir.
XİN bildirib ki, Kuba ilə bağlı məsələdə də ABŞ dünya ictimaiyyətinin böyük əksəriyyətinin fikrinə əhəmiyyət verməyib.