Rusiyanın Çelyabinsk vilayətindəki Maqnitoqorsk şəhərində çökən binanın dağıntıları altından 13 nəfərin cəsədi çıxarılıb. FaktXəbər “RT”yə istinadən bildirir ki, bu barədə vilayətin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dağıntılar altında qadın və kişilərlə yanaşı, bir azyaşlının da cəsədi tapılıb.
Buna qədər biri uşaq olmaqla, 11 nəfərin öldüyü açıqlanmışdı.
Qeyd edək ki, 31 dekabr tarixində, Maqnitoqorskda çoxmərtəbəli yaşayış binalarından biri daxili qazın partlaması nəticəsində çöküb.