ArxivXəbər lentiXəbərlər

Dindarlarımız nə vaxta qədər rövzələrə göz yaşı töküb, ehsan süfrələrində vaxt itirəcəklər? – İlahiyyatçı Tohid İbrahimbəyli

Dindarlarımız nə vaxta qədər Kərbəlanın fəlsəfəsini çatdırmağa aciz olan içi boş söhbətlərlə və hədəfini düşünmədiyi rövzələrə göz yaşı töküb, ehsan süfrələrində vaxt itirəcəklər?

“Bizdən hərəkət xanım Zeynəbdən bərəkət!”

Bu gün müqavimətin anası, Zəhranın (s.ə) balası xanım Zeynəbin (sa) vəfatı günüdür.

Bu münasibətlə başda İmam Zaman (ə.f) olmaqla, müqavimət rəhbəri İmam Xameneiyə və xanımın hərəminin qoruması uğrunda canlarından keçməyə hazır olan aşiqlərə başsağlığı verirəm.
Bu gün İslama ləkə olan terrorçu vəhhabilər və batil qüvvələr, İslama və onun həqiqi ardıcıllarına zərbə endirmək üçün, Şam və İraq torpaqlarını seçiblər. Biz də həmçinin, milliyyətimizdən və sərhədlərimizdən aslı olmayaraq, bu batil cəbhənin qarşısında dayanmaq üçün dini və əqli öhdəliyə sahibik. Düşünürəm ki, hər bir kəs bu yolda əlindən gələni əsirgəməməlidir. Çünki, bu cəbhə, haqla batilin üz-üzə gəldiyi meydandır. Bu önəmli döyüşdə hər hansı bir tərəfin qələbə çalması, təbii olaraq xalqımız və vətənimiz Azərbaycanın taleyində də böyük rol oynayacaqdır.
Təsəvvür edin ki, hələ heçnə olmamış və bu terrorçular vətənimizdə baş qaldırmamış, pirlərimizi yandırıb və qəbrləri xaraba qoyurlar. Bəzi satqın məmurların dəstəyinə arxalanıb hətta Azərbaycanı paytaxt elan etmək sevdasına da düşüblər.
Deməli, biz də gərək bu döyüşlərə biganə yanaşmayaq. Qarabağın Azadlığı bizlər üçün önəmli olduğu qədər, bu cəbhədə də qələbə qazanmaq dinimizi və milli mənəvi dəyərlərimizi, potensial təhlükə olan vəhhabilərdən qorumaq da böyük zərurətə malikdir.
Bunun üçün də, bu gün Suriyada, İraqda və s müsəlman torpaqlarında sionizmin oyuncağı olan vəhhabi terrorçularına qarşı döyüşdə şəhid olan bir şəxsi, ancaq xanım Zeynəbin (s.ə) və imam Hüseynin (ə) hərəmi uğrunda şəhid olan kəs kimi tanımaq və bu cür tanıtdırmaq insafsızlıq olardı. O şəhidlərləri, həm də bizim vətənimizin və xalqımızın islama ləkə vuran və imperialistlərin mənafelərinə xidmət edən terroçu qruplaşmalarından amanda qalması uğrunda şəhid olan şəxs kimi adlandırsaq heçdə yanılmarıq. Yəni Suriyada “Fatimiyyun” ordusunun bir Əfqanıstanlı şəhidi, həm də bizim şəhidimizdir. Başqa sözlə desək, islam yolunda şəhid olan, bütün müsəlmanlara aid olur. Çünki O, islamın müdafiəsi üçün sinəsini düşmən gülləsinə sipər etmişdir. Bəs biz Əhli beyt (ə) ardıcılları ən azından öz ölkəmizi yadların təhlükəsindən qorumaq üçün hansı hazırlığı görmüşük? Dindarlarımız nə vaxta qədər Kərbəlanın fəlsəfəsini çatdırmağa aciz olan içi boş söhbətlərlə və hədəfini düşünmədiyi rövzələrə göz yaşı töküb, ehsan süfrələrində vaxt itirəcəklər? Bəs Allahın əmrini yerinə yetirmək vaxtı çatmayıbmı? (Bax: Ənfal, 60)
Təkfirçi vəhhabi terrorçuların təhlükəsinə laqeyd yanaşmaq və vaxtı gələndə özümüzü qorumaq üçün hansısa ölkələrə göz dikmək, ən yaxşı halda acizlik və cılızlıq əlamətidir. Sizcə İslam müqavimətinin dəryasına qoşulmaq barəsində düşünməyin vaxtı çatmayıbmı? Necə ki, terrorçu vəhhabillərin və müsəlmanların maddi və mənəvi sərvətinə göz dikən işğalçı qərbin təhlükəsindən amanda qalmaq üçün, müxtəlif müsəlman ölkələrində vahid müdafiə və müqavimət sistemləri yaranıb.
Bu müqavimət hərəkatları, son 25 ildə Livanda, Yəməndə, İraqda, Əfqanıstanda və son illər ərzində Ərəbistanda, Nigeriyada və Bəhreyndə yaranıb və yaranmaqdadır. Bu hərəkatlar, ümumiyyətlə xalqlar arasında hər ölkənin Hizbullahı kimi tanınır.
Sağlam və azad düşüncəyə malik olan hər bir hakimiyyət isə, bu cür müqavimət hərəkatlarını öz xalqına Allahın hədiyyəsi hesab edir. Bu hərəkatlara sahib olan xalq isə, həmişə başıuca halda onunla fəxr etmişdir. İraq dövlətinin indiki durumu bunu bizə aydın şəkildə sübut edir. Belə ki, əgər bir neçə il öncə vilayət xəttinin bərəkətindən müqavimət hərakatları yaranmasaydı, indi biz Bağdadı İŞİD-in paytaxtı və Kərbəlanı xarabalığa dönmüş bir şəhər kimi müşahidə edirdik.
Gəlin əl açıb dua edək ki, Allah tala Həzrəti Zeynəbin (s.ə) bərəkətinə vətənimiz Azərbaycanı da, ümumdünya müqavimətsisteminə qoşulmağa yardımçı olsun… Amin!
İlhiyyatçı-ruhani Tohid İbrahimbəyli.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button