ArxivXəbər lentiXəbərlər

Rusiyada azərbaycanlı dünya çempionu öldürüldü – FOTO

Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, 2015-ci ildə kikboksinq üzrə dünya çempionu, beynəlxalq dərəcəli hakim Ramil Caniyev güllələnib.
qafqaz.ir faktxeber-dan aldiyi malomata gore Bu barədə Rusiyanın znak.com saytına istintaq idarəsinin Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəhbəri Yevgeni Mitroxin məlumat verib. Kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Canıyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib. Qatil Caniyevi Çelyabinsk şəhərinin şimal qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və onu evdən çıxan anda güllələyib.
25 yaşlı R.Caniyev xəstəxanaya çatdırılsa da, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.
Hadisənin münaqişə zəminində baş verdiyi iddia edilir. Cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı Eldəniz Bağırov axtarılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button