ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər

Rusiyada hicab qadağası yuxarı məhkəməyə göndərilib

Ailələr tərəfindən verilən şikayətə fevralın 11-də Rusiya Dövlət Məhkəməsində baxılacaq.

Rusiya Federasiyasının Mardoviya Respublikasındakı hicab qadağası yuxarı məhkəməyə göndərilib.

Cenubnews.com İnternet Qəzeti Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Mardoviya Respublikasında müsəlman qızların hicab ilə məktəbə getməsinə qoyulan qadağa müzakirə edilib. Qadağa, Moskvadakı məhkəməyə göndərildikdən sonra İslami təşkilatların aparıcı rəhbərləri, insan haqqları üzrə fəalları, vəkillər, din mütəxəssisləri və təhsil hüquqları əlindən alınan müsəlman qızların valideynləri məsələ ilə əlaqədar mətbuat konfransı keçiriblər.

Məsələ ilə bağlı Moskvadakı mətbuat konfransında Rusiya prezidenti yanında qeyri-hökumət təşkilatları və insan haqqları şurasının direktoru, “SOVA” məlumat və analitik-informasiya mərkəzinin direktoru Aleksandr Verkovsky, dövlət dumasının ictimai və dini dərnəklər komitəsinin məsləhətləşmə qurumunun üzvü Anatoly Pçelintsev, prezident yanında qeyri-hökumət təşkilatları və insan haqqları şurasının üzvü Vladimir Ryakovskiy, və vəkil Marat Aşimov iştirak edib.

“SOVA” məlumat və analitik mərkəzində keçirilən mətbuat konfransında məsələ ilə əlaqədar vizual sənədlər, statistik sənədlər və iştirakçıların fikirləri müzakirə edilib.

Ailələr tərəfindən verilən şikayətə fevralın 11-də Rusiya Dövlət Məhkəməsində baxılacaq.İştirakçılar qadağanın Moskvadakı məhkəmədə ləğv ediləcəyinə inandığını bildirib.

Xatırladaq ki, 2014-cü ilin 24-ü oktyabr tarixindən məktəblərdə hicab məhkəmə qərarı ilə qadağan edilmişdi. Qərardan sonra müsəlman tələbələrə qarşı təzyiqlər başlanıb. Bəziləri məktəbdən qovuldu, bəziləri də məktəbdəki yarışlara qatıla bilmədi. Bəzilərinə isə intizam cəzası verildi. Bundan qəzəblənən müsəlman qızların ailələri tələbələri məktəbdən çıxararaq evdə dərslərini davam etdirmək məcburiyyətində qaldılar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button