Rusiyada İŞİD terrorlarının qarşısı alındı/foto

“Terrorçulara tapşırığı İŞİD-in Türkiyədəki emissarı verib.”
İslamazeri.az-ın “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada silsilə terror aktlarının qarşısını alıb. Terror aktları İŞİD terror təşkilatının Türkiyədə olan emissarının tapşırığı əsasında hazırlanırdı.
Federal Təhlükəsizlik Xidmətinin xəbərində deyilir ki, zərərsizləşdirilmiş təxribatçı-terrorçu dəstənin tərkibinə 3 Tacikistan və 1 Moldova vətəndaşı daxildir. Xüsusi xidmət orqanlarının versiyasına əsasən, onlar bir sıra rezonansa səbəb olacaq terror aktları hazırlayırlarmış.
Axtarış zamanın onların üzərlərindən partlayıcı qurğular, avtomatlar və daha bir kustal üsulla hazırlanacaq partlayıcı qurğunun hazırlanmasında istifadə üçün nəzərdə ttulmuş partlayıcı maddələr aşkar edilib.
FTX qeyd edib ki, terrorçular hücumları İŞİD terror təşkilatının emissarının birbaşa tapşırığı əsasında hazırlayırdılar. Həmin emissar Tacikistan hökuməti tərəfindən beynəlxalq axtarışa verilib və hazırda da Türkiyə ərazisindədir.