Rusiyada müsəlman yeniyetmə qız 2 nəfəri suda boğulmaqdan xilas etdi

Rusiyanın Saratov vilayətinin cümə məscidində “Bazar günü” mədrəsəsinin şagirdi olan Alfiya Tojiboeva 2 az yaşlı uşağı Volqa çayında boğulmaqdan xilas edib. Belə ki, Alfiya Tojiboeva məhəllə uşaqları ilə birlikdə həyətdə gəzməyə çıxıblar. Uşaqlardan 7 yaşlı Daşa və onun qardaşı Mişa ərazidən keşən Volqa çayının kənarına düşərək kövrək buzun üstünə çıxıblar. Uşaqlar kövrək buzun üstündə dura bilmədiklərini görüb və batacaqlarını hiss edib qışqırmağa və kömək çağırmağa başlayıblar. Ətrafda Alfiyadan başqa heç kəsin olmadığından yeniyetmə qız fikirləşməyə vaxt sərf etmədən çaya girib, bir əli ilə sahildən bir əli ilədə qırılan buzdan tutaraq Daşa və Mişa üçün bir növ körpü olub. IV sinif şagirdi müsəlman qız buzun altına sürüşməkdən son anda güc sərf edərək çıxmağa nail olub.
Uşaqları bir neçə dəqiqədən sonra yoldan keçən vətəndaşlar görüb, onları tez yola çıxarıblar.Xəstəxanaya aparmaq üçün taksi saxlamaq istəyiblər. Lakin taksi sürücüləri avtomobillərinin islanması bəhanəsi ilə uşaqları aparmaqdan imtina ediblər. Bu barədə Saratov mətbuatı yazır. Uşaqlar sonda təcili yardım avtomobilinin yardımı ilə valideynlərinə təhvil veriliblər. Xilaskar yeniyetmə qız isə soyuq dəymə nəticəsində xəstələnərək 3 gününü yataqda keçirib. Bu məlumatı Alfiyanın anası Albina Tojibaeva bildirib.
Qeyd edək ki, Alfiya Tojiboeva təhsil aldığı yerdə əlaçıdır və Engels şəhər cümə məscidinin keçirdiyi Quran müsabiqəsində qiraətdən 2013-cü ildə birinci yeri tutub. Engels şəhəri cümə məscidinin icması qəhraman şagirdi ziyarət edərək ailəsinə maddi yardım edib