ArxivXəbər lentiXəbərlər
Rusiyada polis əlil şəxsi döyüb – VİDEO

Rusiyanın Altay diyarında polisin əlil vətəndaşa qarşı rəftarı böyük narazılığa səbəb olub. FaktXəbər “RENTV”ə istinadən bildirir ki, yerli sakinlərin lentə aldığı video internetə yerləşdirildikdən sonra Rusiyanın İstintaq Komitəsi hadisəni nəzarətinə götürüb.
Aparılan araşdırmadan sonra polis əməkdaşları barəsində çıxarılacaq cəza ictimaiyyətə açıqlanacaq.