“Maarifçiliyə Dəvət” İB-nin yeni nümayəndəliyi təsis edilib

“Maarifçiliyə Dəvət” İctimai Birliyinin yeni nümayəndəliyi təsis edilib.
Bu barədə “Maarifçiliyə Dəvət” İB-nin Mətbuat Xidmətindən HEDEF14.az-a məlumat verilib.
Məlumatda bildirilir:
““Maarifçiliyə Dəvət” İctimai Birliyinin Xudat şəhərində nümayəndəliyi təsis edilmişdir. Təsis konfransında təşkilatın sədri Elçin Manafov, eyni zamanda İdarə Heyətinin üzvləri də iştirak etmişdir.
Həmçinin ictimai birliyin şimal bölgəsi üzrə digər şöbələrinin rəhbər heyəti də toplantıya qatılıb.
“Maarifçiliyə Dəvət” İctimai Birliyinin Xudat şəhərindəki üzvlərinin təklifi və təşkilat rəhbərliyinin də təsdiqi ilə yekdil rəy əsasında Bayrəməli Həmrayev Xudat nümayəndəliyinin sədri seçilmişdir.
Yeni nümayəndəliyimizə və sədrinə gələcək fəaliyyətlərində uğurlar arzu edir, Təşkilatımıza, vətənimizə, millətimizə xeyirli olmasını diləyirik.”
“Maarifçiliyə Dəvət” İB-nin Mətbuat Xidməti
FOTOLAR: