“İTAR TASS” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya müftilər şurası, şəhər ərazisindəki miqrantları 24 sentyabr Qurban bayramında şəhərdə qurban kəsməməyə çağırıb.
Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Аbbyasov, Moskvada keçirilən mətbuat konfransında qurban kəsmə mərasiminin ancaq Moksva kənarı xüsusi təyin edilmiş meydanlarda keçirilə biləcəyini söyləyib. O, bunun üçün şəhər ətrafında 12-13 xüsusi belə məntəqənin quraşdırılacağını bildirib.
Аbbyasov qeyd edib ki, heyvanların kəsilməməsi haqda çağırış ilk növbədə Moskva şəhərindəki miqrantlara aiddir:
“Miqrantları uşaq meydançalarında, həyətyanı ərazilərdə qurban kəsməməyə, hüquq mühafizə orqanlarını isə şəhərə qoyun sürülərini buraxmamağa çağırırıq”.
Xatırladaq ki, keçən il Moskva şəhərində Qurban kəsilməsinin qadağası ilə bağlı qərar qəbul edilmişdi.