Qafqaz.ir -un verdiyi xəbərə görə, Rusiyanın Kabardin-Balkar Respublikasında terrorla mübarizə əməliyyatı aparılıb.
Şübhəlilərə silahlarını yerə qoyub təslim olmaq tapşırılsa da, silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində baş verən qarşıdurmada 5 terrorçu zərərsizləşdirilib.
Silahlı şəxslərin Rusiyada terror aktları həyata keçirməyi planlaşdırdıqları bildirilib. Əməliyyat bölgəsindəki mülki şəxslər arasında yaralı olmadığı və təhlükəsizlik qüvvələri arasında da itki olmadığı ifadə edilib.