Aktual

Rusiyadakı azərbaycanlılar ildə 1 milyard dollar göndərir

Vüqar Bayramov: «Təzyiqə məruz qalan soydaşlarımızın vətənə mərhələli qayıtmaları arzuolunandır»

Artıq Moskvadan sənədləri qaydasında olmayan ilk azərbaycanlı miqrantlar qrupu Bakıya göndərildi. Statistik məlumatlara görə, hazırda Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır ki, onların təxminən 650 min nəfəri Rusiya vətəndaşlığını alıb. Azərbaycanın təxminən 400 min vətəndaşı isə əmək miqrantı olaraq Rusiyada müvəqqəti məskunlaşıb. Qeydiyyata düşməmiş Azərbaycan vətəndaşları da az deyil. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, il ərzində Rusiyadan Azərbaycana təxminən 1 milyard dollar göndərilir. Eyni zamanda Rusiya mətbuatının qiymətləndirmələrinə görə, bu rəqəm reallıqda 3 milyard dollara yaxındır. İqtisadçı ekspert Vüqar Bayramovun qənaətinə görə, bu rəqəmlər ona görə fərqlidir ki, göndərilən vəsaitlərin hamısı qeydə alınmır: «Amma bütün hallarda söhbət əmək miqrantlarının Azərbaycana göndərdiyi çox böyük vəsaitdən gedir. Ona görə də Rusiya tərəfinin Azərbaycan da daxil olmaq bir sıra digər MDB ölkələrinə əmək miqrantların sayını məhdudlaşdıracağı, bununla bağlı qanunvericilik aktlarını sərtləşdirəcəyi, eyni zamanda əmək miqrantlarının qeydiyyatı ilə bağlı məsələləri gündəmə gətirəcəyi gözlənilir. Rusiya Azərbaycana təsir etməklə Gömrük İttifaqı ilə bağlı məsələlərə yenidən baxılmasına çalışır». Müsahibimizin sözlərinə görə, yaxın zamanlarda Rusiyada yaşayan azərbaycanlı miqrantların bir qismi ölkəmizə mərhələli deyil, qısa intervalda dönmək məcburiyyətində qalacaqlarsa, o zaman bu ölkədə əmək bazarında müəyyən gərginlik yarada bilər: «Ona görə ki, Rusiyada işləyən azərbaycanlı miqrantların böyük bir qismi hər hansı ixtisasa malik olmayanlardır. Buna görə də Azərbaycana qayıtdıqdan sonra onların işlə təmin olunmasında müəyyən çətinliklər yarana bilər. Eyni zamanda Rusiyadakı azərbaycanlı miqrantların ölkəmizdə göndərdikləri vəsaitlər əsasən rayonlarda yaşayan ailələrə ünvanlandığından bu Bakıdan kənarda yaşayan bir sıra ailələrin də sosial vəziyyətinə mənfi təsir göstərə bilər». İqtisadçı deyir ki, bununla belə, Rusiyada yaşayan və hüquqi status almaqa problemləri olan azərbaycanlıların mərhələli və könüllü Azərbaycana qayıtmaları da arzuolunandır: «Doğrudur, Rusiya daha böyük bazardır və 140 milyona yaxın istehlakçıları var. Amma eyni zamanda Azərbaycan iqtisadiyyatı də gəlirlilik baxımdan 10 il öncəki iqtisadiyyat deyil. Bu isə azərbaycanlıların mərhələli ölkəyə qaytması və işlə təmin olunmasına imkan verə bilər. Digər tərəfdən, hətta soydaşlarımız Azərbaycanda Rusiyaya ilə müqayisədə az pul qazansalar da belə onların ölkəyə dönməsi arzulunandır. Onlar burada Rusiyadan fərqli olaraq daha təhlükəsizlik işləmək və ölkə iqtisadiyyatında yeni dəyər yaratmaq imkanlarına malik olacaqlar».

www.ucnoqta.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button