qafqaz.ir-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya, Fevral ayının ortasına planlaşdırılmış Yaxın Şərqdəki sülh və təhlükəsizlik məsələləri ilə bağlı ABŞ-Polşa konfransını pisləyib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya Təhlükəsizlik Şurasında çıxış edərkən bəyan edib ki, sözügedən konfransın əsas məqsədi İranla mübarizə olacaq, buna görə də rəsmi Moskva orada iştirak etməyəcək.
Xatırladaq ki, 13 və 14 Fevralda Polşanın paytaxtı Varşavada böyük konfrans keçiriləcək. Tədbirdə onlarla ölkənin nazirləri iştirak edəcək. Bu haqda ABŞ dövlət katibi Mayk Pompeo məlumat verib.
Nebenzyanın sözlərinə görə, “konfransların keçirilməsi və sadələşdirilmiş birtərəfli yanaşma üzrəində diqqətin cəmlənməsi ilə regionda hərbi ittifaqların yaradılması, üstəlik də bunun açıq şəkildə İranla əlaqəli olması” Yaxın Şərqdəki vəziyyəti daha da pisləşdirəcək.
Qeyd etmək lazımdır ki, bir sıra Avropa ölkələri də bu konfransa qarşı çıxıb.