Rusiyanın ən varlı biznesmenlərinin sərvəti 2018-ci il ərzində 5,915 mlrd. dollar azalıb. FaktXəbər “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə “Bloomberg” agentliyi “Milyarderlər İndeksi” adlı hesabat dərc edib.
Dünyanın ən varlı 500 adamını əhatə edənsiyahıya Rusiyadan 25 nəfər daxil edilib. Hesabat ilində öz sərvətini artırmaq yalnız 9 rus milyarderə qismət olub, qalan 16 nəfərin isə sərvəti azalıb.
İl ərzində sərvətini 3,45 mlrd. dollar artıraraq 16 mlrd. dollara çatdıran “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov da qazananların cərgəsind yer alıb.