AktualAktualArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiyalı tanınmış tarixçi və politoloq: Paşinyan hakimiyyətdə qalacaq

Rusiyalı tanınmış tarixçi və politoloq  deyib: Nikol Paşinyan bu gün həm Vaşinqtonu, həm də Moskvanı kifayət qədər qanı edir. 

 

Qafqaz Həqiqətləri “Yeni Musavat”-a istinadla xəbər verir ki, Oleq Kuznetsov rusdilli “Vesti.az”-a açıqlamasında deyib: “Mən əminəm ki, erməni müxalifəti Paşinyanı baş nazir kürsüsündən vurub yıxa bilməyəcək – nə bu gün, nə sabah, nə də o biri gün. Hazırda o, Ermənistanda yeganə şəxsdir ki, ölkənin resurslarına çıxışa və bu resursların idarə edilməsi üçün sərəncam vermək imkanına malikdir. Üstəgəl, ABŞ onun üçün məhdudiyyətsiz bir kredit xətti açıb. Paşinyanın özü isə Birləşmiş Ştatların Yerevandakı səfirliyinin 1600 “texniki işçisinin” – ABŞ dəniz piyadalarının ciddi mühafizəsi altındadır.”

Kuznetsov bu xüsusda Dağlıq Qarabağda atəşkəsə dair 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Paşinyanın üç gün məhz Amerika səfirliyində etirazçı izdihamdan gizlənməsinin əsla təsadüf olmadığını söyləyib. 

Erməni müxalifətindən danışan politoloq N. Paşinyanın devrilməsi halında opponentlərin hakimiyyəti saxlamaq üçün güc, imkan və qaynaqlara malik olmadığını diqqətə çatdırıb. 

Onun sözlərinə görə, öz biznesini inkişaf etdirmək üçün yanlış strategiya seçən erməni diasporu hazırda gözümüzün qabağında yoxsullaşmaqdadır.

 Kuznetsov əlavə edib: “Odur ki, müxalifətin Şimaldan sponsorlar gözləməsinə ehtiyac qalmır, Qərb sponsorları isə Paşinyana oriyentasiya götürüb. İndilikdə Nikol Paşinyan əleyhinə bütün etirazlar əhalinin psixi enerjisinə söykənir, ancaq bu enerji tükənən kimi başqa bir qaynaq bazası qalmayacaq. Soyuq havaların başlaması ilə Paşinyana nifrət belə küçələrdə etirazçıları isidə bilməyəcək. Yeri gəlmişkən, Moskvada bunu gözəl başa düşürlər. Bunu həmçinin Putinin Paşinyanla artıq ortaq bir dil tapa bildiyinə dair ifadəsi də təsdiqləyir. Paşinyan bu gün həm Vaşinqtonu, həm də Moskvanı kifayət qədər qanı edir. Ona görə də Moskva və Vaşinqtondan Ermənistandakı daxili siyasi proseslərə radikal müdaxilə gözləməyə dəyməz. Ölkədəki mövcud daxili siyasi fırtına kontekstində Paşinyan baş nazir kimi praktik olaraq əbədidir. Nikol Paşinyan hələ də müxalifətin ən “dəliqanlılarını” təcrid etmək üçün kifayət qədər gücə və qaynağa sahibdir. Yerdə qalan narazılar isə doyunca qışqır-bağır salandan sonra özləri sakitləşəcəklər.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button