ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rusiyanın İrəvandakı səfiri Ermənistanın Gorus rayonuna səfər edib

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın Gorus rayonuna səfər edib.

Qafqaz.ir Azərbvaycan Respublikası medialarına istinadla xəbər verir, rus səfir eyni zamanda Rusiya sülhməramlılarının Sisiandakı xüsusi aviasiya qrupunu, həmçinin 102-ci hərbi bazanın Gorusda yerləşdirilən qrupunu ziyarət edib.

Gorusda bölgənin meri ilə görüşən səfir Zəngəzur sərhədi ilə bağlı vəziyyətlə maraqlanıb. Kopırkin Rusiyanın müttəfiqlik öhdəliklərini yerinə yetirdiyini qeyd edib və merə rus hərbçilərinin Gorusda yerləşməsi üçün ortaya çıxan məsələləri operativ qaydada həll etdiyinə görə təşəkkür edib.

Gorus meri Aruş Aruşanyan isə Zəngəzurun təhlükəsizliyini təmin edən Rusiyaya minnətdarlığını bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button