ArxivXəbər lentiXəbərlər
Rusiyanın Maqadan vilayətində ilk məscid inşa olunacaq

Rusiyanın Maqadan vilayətində ilk məscidin bünövrə daşı təntənəli şəkildə qoyulub.
SalamNews-un “MagadanMedia”ya istinadla verdiyi xəbərə görə, bu müsəlman məbədi vilayətdəki islam ardıcıllarının ilk ibadət yeri olacaq.
Müsəlmanların ianəsi hesabına inşa olunacaq məscidin də daxil olduğu islam kompleksi sahəsinin 3000 kvadratmetr təşkil edəcəyi bildirilir.
Bu yaxınlarda Allah evinin ucaldılacağı ərazidə ilk Cümə namazı qılınıb. Əlamətdar hadisə ilə bağlı təbrikə Maqadan şəhərinin meri Yuri Qrişan gəlib.
O, hadisənin əhəmiyyətini qeyd edib.