Rusiyanın hissələrə ayrılması prosesi başladı, artıq dayandırmaq mümkün deyil. Ən kiçik parıltı Qafqazda alışmağa hazırdır, ölkənin şərqində isə “Sibir Birləşmiş Ştatları”ndan danışırlar.
bu sözləri rusiyalı müxalifətçi Konstantin Borovoy bildirib.
“Heç bir yeni lider bu prosesi dayandıra bilməyəcək, çünki bu yoldan dönmək mümkünsüzdür. İnsanlığa qarşı cinayətlər, hərbi cinayətlər… Bunu geri qaytarmaq mümkün deyil. Sadəcə, üzr istəmək və hər kəsə bütün bunları unutmağı təklif etmək mənasızdır”, – Borovoy söyləyib.
Borovoy hər an Qafqazda təhlükənin başlaya biləcəyini qeyd edib:
“Qafqaz – ən kiçik kibritdən alışa biləcək regiondur. Bu gün Kreml inanılmaz səylərlə prosesi saxlayır. Kreml daha nəsə etməyi bacarmır. Ona görə orada artıq bu prosesin keçid dövrü başlanıb. Uzaq Şərq Yaponiyaya və Çinə tərəf yönlənəcək. Sibir Çinlə olacaqsa, Ural müstəqilləşəcək”.