ArxivXəbər lentiXəbərlər
Rusiyasız Qafqazda sabitlik yaranmayacaq – Tiflis

Rusiya ilə normal münasibətlərin bərpası Gürcüstanın stabilliyi üçün əhəmiyyətlidir.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili söyləyib.
Onun sözlərinə görə, Rusiya ilə normal münasibətlər olmadan ölkədə stabillik yaranmayacaq.
O, bu münasibətlərin düzəlməsinin Gürcüstanın ərazi bütövlüyünə zərər verməməsi gərəkdiyini bildirib.
Qeyd edək ki, Rusiya-Gürcüstan münasibətləri 2008-ci ilin avqustundakı müharibədən sonra pisləşib. Bu müharibə nəticəsində Cənubi Osetiya və Abxaziya Gürcüstandan ayrılıb və Rusiya qondarma rejimlərin müstəqilliyini tanıyıb.