
Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq Bəhreynin sionist rejimi ilə diplomatik münasibətlər qurmasını bərk pisləyib.
Qafqaz Həqiqətləri “Anadolu”-ya istinadla xəbər verir ki, Türkiyə XİN-i Bəhreynin sionist rejimi ilə münasibətləri normallaşdırmasına reaksiya verərək Manamanın bu addımının Fələstinin müdafiəsi istiqamətindəki təlaşlara yeni zərbələr vuracağını bildirib.
Nazirlik öz bəyanatında cümə günü Manama və Təl-Əviv arasında münasibətlərin tam normallaşmasını bərk pisləyərək vurğulayıb ki, Bəhreynin sionist rejimi ilə sazişinin “Ərəb sülhü” layihəsi və İslam Əməkdaşlıq Təşkilatının qanunuları ilə ziddir.
Bəyanatın davamında gəlmişdir ki, Bəhreynin sionist rejimi ilə münasibətləri normallaşdırması Təl-Əvivi Fələstin qarşısında öz qeyri-qanuni əməllərini davam etdirməyə və Fələstin ərazilərinin işğalını davam etdirməsinə cürətləndirir.
Amerika, Bəhreyn və sionist rejim başçıları 11 sentyabr cümə güna axşam saatlarında ortaq bəyanat yayaraq Bəhreyn və sionist rejimi arasında münasibətlərin normallaşdığını xəbər verdilər. Bundan əvvəl BƏƏ hakimləri Qüdsü işğal edən rejimlə münasibətlərini normallaşdırmışdılar.