ArxivXəbər lentiXəbərlər

Səfir Cavad Cahangirzadə: Azərbaycanda 450 İran şirkəti fəaliyyət göstərir

Bu gün İran-Azərbaycan münasibətlərinin inkişafı yüksələn xətlə davam edir və tərəflər üçün faydalı perspektivləri var.

Qafqaaz mədəniyyət mərkəzi – Bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İRNA agentliyinə müsahibəsində deyib.

Diplomat qeyd edib ki, Azərbaycanda biznesin inkişafı üçün çox əlverişli şərait yaradılıb və İranın iş adamları ölkəmizin iqtisadiyyatına 2 milyard dollar həcmində sərmayə yatırıblar. Onun sözlərinə görə, Azərbaycanda 10 min iranlı yaşayır ki, onlar da ticarətlə məşğul olurlar. Ölkəmizdə 450 İran şirkəti qeydiyyatdan keçib və fəaliyyətlərini davam etdirir.

Azərbaycandakı iranlı tələbələrdən danışan C. Cahangirzadə ölkəmizin ali təhsil müəssisələrində 2500 iranlı gəncin təhsil aldığını bildirib. İranlı tələbələr əsasən tibb və incəsənət sahələrində təhsil alırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button