ArxivIslamXəbər lentiXəbərlər

Piyada Kərbəlaya gedən azərbaycanlı gördüklərindən yazdı-FOTO

Ərbəin gününün yaxınlaşması ilə Kərbəlaya eşq səfəri də başlayıb. Dünyanın müxtəlif ölkələrindən milyonlarla insan müharibə şəraitində olmasına baxmayaraq axın-axın İraqa yola düşüb. Bu il Azərbaycandan da minlərlə zəvvar İraqa gedib ki, onlardan biri xüsusilə seçilir. Bu Azərbaycandan piyada Kərbəlaya yollanan Sahib Rüstəmlidir. FaktXeber.com-un məlumatına görə, Sahib Rüstəmli səfər zamanı qarşılaşdığı hadisələri və çəkdiyi fotoları həmvətənləri ilə bölüşüb.
“Bu gün səhər İrakın Kut şəhərindən əsas yola çıxanda Kərbəlaya tərəf insan seli gördüm. Həyatımda belə mənzərə görməmişdim. 44 km yol boyu hər 50-100 metrdən bir mukeb yəni xidmət yerləri qurulmuşdu. Dünyanın bütün nemətləri düzülmüşdü. Hamısı da onların ehsanlarından dadmağı təvəqqe edirdi. Hətta üstünə ətir də vururdular”, – deyə Sahib Rüstəmli öz təəssüratlarını bölüşüb.
Onun sözlərinə görə, Kərbəlaya qədər insanların yürüş etdiyi 200 km yolda hər 300-400 m-dən bir yola İzrail, Amerika, DAİŞ (yəni İŞİD) yazıblar ki, 100 minlərlə zəvvar onu tapdalayıb keçsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button