ArxivXəbər lentiXəbərlər

Azərbaycan Milli Şurası azərbaycanlı ruhani barədə bəyanat verib

Azərbaycan Respublikası Milli Şurası Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri tanınmış ilahiyyatçı Tale Bağırzadənin Yasamal rayon Polis idarəsində zor tətbiq edilməsi ilə bağlı bəyanat verib.

İslamazeri saytının məlumatına görə, Azərbaycan Respublikası Milli Şurası ötən gün bir bəyanatda bildirib: Azərbaycan Konstutusiyasının 48-ci maddəsi hər kəsin vicdan azadlığını, dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyini təmin edir. Avropa Konvensiyasının 9-cu maddəsi vicdan və dini azadlıqlara yüksək təminat verir. İnanclı insana fiziki zor tətbiq etməklə onun dini ayın yerinə yetirməsinə maneə olmaq təkcə qanunsuzluq deyil, həm də cinayətdir.

“Biz Milli Şura olaraq tanınmış ilahiyyatçı Tale Bağırzadəyə qarşı törədilmiş bu zorakılıq əməlini pisləyir, vətəndaşı, dindarı və mömin bir şəxsi dövlətin ona etibar etdiyi bir idarədə dövlət mundirində döyüb təhqir edən vəzifəli şəxs haqqında ölçü götürülməsini hakimiyyət orqanlarından tələb edirik”. -deyə bəyanatda bildirilir.

Qeyd edək ki, çərşənbə axşamı günü Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə Yasamal rayon polis şöbəsinə çağırılıb və polis rəəisi İsfəndiyar Medibalayev tərəfindən təhqir olunub və döyülüb. Bu zorakılığın səbəbi Tale Bağırzadənin vacib namazı qılmasını istəməsi olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button