Sionist lobbisinin Tehran-Vaşinqton konstruktiv əməkdaşlığından vahiməyə düşməsi

Ağ Evin Tehranla bağlı mövqeyinin dəyişilməsində görünən bəzi işartılar Amerika senatorlarından bir qrupunu vahiməyə salıb.
Nyu-Yorkda BMT Baş Assambleyasının illik görüşü çərçivəsində İran və Amerika prezidentlərinin ehtimalı görüşü haqda aparılan məsləhətləşmələrlə yanaşı Amerika senatorlarından 4-ü Barak Obamadan istəyiblər ki , Ağ Ev Tehrana qarşı təzyiqlərini davam etməkdə əlindən gələn əsirgəməsin.
Robert Menendz , Çarlz Şumer , Con Mak Kin və Lindsi Graham iddia ediblər ki , Tehrana qarşı təzyiqlərin göstərilmədiyi təqdirində , Vaşinqton İranla bağlı məqsədlərinə nail ola bilməyəcək və İran nüvə qüdrətinə malik ölkələrdən birinə çevriləcək.
Son bir neçə gündə baş verən olaylar, ona dəlalət edir ki , ABŞ-ın İranla bağlı bu dəfə ki , mövqeyi xeyli fərqlidir. Görünür ki, Vaşinqton bu dəfə düşmənçilik yerinə İranla dialoqa daxil olmaq və konstruktiv əməkdaşlığı proqramında qərar vermək əzmindədir. Lakin belə bir vəziyyətdə Amerikada bəzi cərəyanlar hələdə İranla bağlı düşmənçilik siyasətinin davam etdirilməsinə israrlıdırlar.
Bu cərəyanların təmərküzləşdiyi mühüm yerlərdən biri Amerika konqresidir. Orada sionist lobbisinin nüfuzu xeyli güclüdür.
Bu sionist lobbisi başçılarının qənaətincə İranla bağlı hər bir növ yumşaqlıq artıq Amerikanın milli təhlükəsizliyinin zavala uğramasına kömək edəcək. Əlbəttə bu arada ABŞ – Sionist rejiminin ictimai işlər üzrə komitələri ( İPƏK) kimi qurumlar üçün İsrail rejiminin stabilliyinin qorunması Amerikanın sabitliyinin qorunmasından daha önəmlidir. Bu üzdən İPƏK kimi sözü gedən qurumlar son bir neçə ayda Vaşinqtonda fəaliyyətlərini elə bir fonda aparırlar ki, Amerikanın Yaxın Şərq hövzəsi ilə bağlı siyasətləri İsrail rejiminin milli maraqlarının təmini istiqamətində olsun. Bu məsələ , amerikalı mütəfəkkirlərdən bir qrupunun ciddi etirazına səbəb olub. Bu qrup mütəfəkkirlərin fikrincə , Sionist rejimin mövqeyini səbəbsiz yerə himayə etmək təkcə İran kimi ölkələrdə deyil , ümumilikdə bütün ölkələrdə hətta Vaşinqtonun siyasi müttəfiqləri və şərikləri olan Türkiyə , Pakistan , Misir və Ərəbistan kimi ölkələrdə anti – Amerika hissiyyatına səbəb olub.
Hərçənd sionist lobbisinin fəaliyyətləri ardınca , Amerika diplomatiyasına müxtəlif zərbələr dəyib . Lakin buna baxmayaraq bəzi amerikalı siyasətçilər İPƏK kimi qurumlar tərəfindən təyin edilmiş qırmızı xətlərə riayət etməyə sadiqdirlər.
Gələn il Amerikada parlamentlərarası seçkilər keçirilməlidir və bütün nümayəndələr palatasının hətta senat məclisinin kurslarının 3-də biri səsə qoyulacaq. Konqresdəki əksər deputatlar qələbə qazanmaq üçün lobbilərin ianələrinə ehtiyaclıdırlar. Pul və təşviqat imkanlarının paylanmasında sionist lobbisinin böyük rol oynamasını nəzərə alaraq Amerika konqresmenlərinin çoxu artıq sionist lobbisinin razılığını qazanmağa cəhd edirlər. Son bir neçə ildə isə , sionist lobbisinin razılığını qazanmaq və onun malı imkanlarından bəhrələnmə yollarından biri, Amerika konqresində anti – İran mövqeyinin tutulması olmuşdur. Belə ki , konqres nümayəndələrindən bir qrupu da Ağ evin İranla bağlı sanksiya xarakterli layihələrinin təxirə salınması haqdakı tövsiyələrinə laqeyd yanaşırlar.
ABŞ İranla bağlı tutduğu siyasətlərinin o cümlədən , bu ölkə ilə əlaqədar yürütdüyü embarqo xarakterli siyasətlərinin nəticəsiz olduğunu dərk etdikdən sonra konstruktiv əməkdaşlıqların aparılması ilə maraqlandığını irəli sürməyə məcbur olub. Bunun əhəmiyyətini dərk edən , konqresdəki sionist lobbisi bu məsələni təsirsizləşdirməyə cəhd göstərməyə başlayıb.
Ancaq Ağ Evin anti- İran lobbilərinin təzyiqlərinə tabe olub-olmayacağı ,qarşıdan gələn hadisələrdən asılıdır. Ötən 30 ildə baş verən hadisələr ona dəlalət edir ki , anti- İran lobbilərin proqramları ABŞ-ın istəklərinin reallaşmasında həmişə təsirsiz olub.
azeri.irib