ArxivXəbər lentiXəbərlər

“Qafqaz əmiri” Mosul yaxınlığında öldürülüb

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadinin əsas köməkçilərindən biri, “Qafqaz əmiri” öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə yerli mənbəyə istinadən “Al Sumaria” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, terrorçu Mosulun qərbində, yaşadığı evin qarşısında güllələnib.

“Naməlum şəxslər “Qafqaz əmiri” ləqəbli Xasbulla əl-Qafqazini Mosulun qərbində, Təl-Afərdəki evinin yaxınlığında öldürüblər”, – telekanalın mənbəyi bildirib.

İraq ordusu və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri keçən ilin oktyabr ayından Mosulun azad edilməsi üçün əməliyyat aparır. Bu ilin fevral ayından etibarən hərbçilər şəhərin qərb istiqamətində hərəkətə keçiblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button