ArxivXəbər lentiXəbərlər
Ceyms Uorlik: “Qarabağ NATO-da müzakirə olunacaq”

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Varşavada keçirilən NATO sammiti çərçivəsində müzakirə olunacaq.
APA-nın verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin davam etdirilməsi üçün NATO sammiti yaxşı imkandır”, deyə o yazıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun sammitində iştirak etmək məqsədilə iyulun 7-də Polşanın paytaxtı Varşavaya səfərə gedib.