ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Şəhid anası niyə intihara cəhd edib?

o, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanadadır, vəziyyəti çox ağırdır. Ötən il 17 oktyabrda Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan 21 yaşlı Sahib Azər oğlu Həsənovun anası kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir! Bir il ərzində Gəncənin icra başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib. O da başçının etinasızlığı və laqeydĺiyindən bezərək intihara cəhd edib.

Şəhid anasının intihara cəhd etməsi sosial mediada geniş müzakirələrə səbəb olub. Paralel qəzetinin baş redaktoru Tapdıq Abbas hadisə ilə bağlı bildirib ki, vətən uğrunda canından keçən şəhidin anasına qarşı bu cür biganəlik qəti yolverilməzdir! Gəncənin icra başçısı Niyazi Bayramov bir ildir şəhid anasına görüş üçün vaxt ayırmır, bu qudurğanlıqdır!

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Ali Əli Kərimli isə öz Facebook səhifəsində şəhid anasının intihara cəhd etməsini dəhşətli hadisə kimi xarakterizə edib.

O bildirib: Şəhid ailələrinin, qazilərin, veteranların müavinətləri artırılmalıdır. İşğaldan azad olunmuş bölgələrdə forslanıb poza verənlər, hərdənbir evinin çırağı sönən anaları da xatırlasın. O, anaların minbir əziyyətlə böyütdüyü övladlarının qanı forsla gəzdiyiniz torpaqlarda qurumayıb hələ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button