“Qafqaz.ir”-in verdiyi xəbərə görə, Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili dünyanın qol sahibi Əli Dayi ilə görüşüb.
Görüşdə Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi əfsanəvi futbolçu və İran milli futbol komandasının sabiq baş məşqçisi Əli Dayiya xeyirxah işlərinə görə təşəkkür edib, onu Ərdəbil əyalətindəki layihələrdə investisiya qoymağa dəvət edib.
Əli Dayi də imam cümənin dəvətini qəbul edərək deyib: “Neçə ildir ki, Səreyndə bir layihəni başlamışıq, onu tamamlamağa səy edəcəyik.”