Şəhid generalımız evini şəhid ailəsinə bağışlayıbmış

1975-ci ildə Qəbələnin Vəndam kəndində doğulmuş Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Akademiyada və daha sonra Türkiyədə hərbi akademiyada təhsil alıb.
P.Həşimov hələ 4 il əvvəl Aprel döyüşlərində şücaətinə görə general rütbəsinə layiq görülüb, maraqlıdır ki, Aprel savaşındakı qəhrəmanlığına görə dövlət tərəfindən ona verilmiş evi özü almayıb, ehtiyacı olan şəhid ailəsinə bağışlayıb.
Şəbəkə istifadəçiləri arasında onun keçmiş əsgərləri, zabit yoldaşları qeyd ediblər ki, P.Həşimov öz şəxsi vəsaiti hesabına cəbhədə postlar tikdirib. O, sağ ikən adına post olan general idi.
“P.Həşimov Bakıya ona verilən xidməti maşınla gəlirdi. Amma şəhərə çatdıqdan sonra avtomobili Nazirliyə təhvil verir, şəxsi işlərini həll etmək üçün ictimai nəqliyyatdan istifadə edirdi. Xidmətdə olarkən telefondan da istifadə etmirdi”,- deyə onu tanıyanlar yazırlar.
rakurs.tv