ArxivXəbər lentiXəbərlər

Şəhid Mehmet Ekşinin atası: “KudüsTV”nin bağlanması belimi qırdı…

“KudüsTV”-nin bağlanması ilə bağlı mətbuat konfransı keçirilib

İslamazeri.az xəbər verirki, ilk öncə açıqlama “KudüsTV”-nin direktoru Nürəddin Şirindən gəlib. O televiziyanın bağlanmasını sərt tənqid edərək, hədəflərinin Qüdsün azad edilməsi, məzhəblər arasınds qardaşlıq, İslami Birlik olduğunu bildirib.

Onun sözlərinə görə, 15 iyul çevrilişə cəhd zamanı “KudüsTV” xalqın və dövlətin yanında olub və gecə-gündüz imperialistlərin əlaltılarının çevriliş cəhdi pislənib. Nürəddin Şirin Nəcməddin Ərbəkandan sitatlar gətirərək “Mənim ustadlarımdan biri də, Nəcməddin Ərbəkandır. 1980-ci ildən bəri qəlbimdə Qüdsün azadlığı arzusunda yaşayıram. Qüds mitinqindən bu günə kimi verdiyimiz əhdə sadiqik və inşallah Qüdsün azadlığı zamanı bu müjdəyi Nəcməddin Ərbakan hocaya verəcəyik.”, -deyə bildirib.

O telekanalın yayın hədəfini açıqlayaraq, onlara edilən ittihamları rədd edib.

Daha sonra söz, telekanalın bağlanmasına etiraz əlaməti olaraq, tv-yə dəstək vermək üçün mətbuat konfransına gələn 15 İyul çevrilişində şəhid olan Kamal Ekşinin atası, Əkrəm Ekşiyə söz verilib.

Əkrəm Ekşi sözlərin belə başlayıb: “Hörmətli mətbuat nümayəndələri, Əvvəlcə sizlərə xoş gəlmisiniz deyir, salam və sayqılarımı bildirirəm.

Bu gün bura sizin qarşınıza bir qardaşınız olaraq çıxdım. Çox qısa olaraq bir neçə cümləni sizlərlə paylaşmaq istəyirəm.

Bəli mən burada sizin qarşınızda bir şəhid atası olaraq çıxdım; anlayışınıza və əfvinizə sığınaraq, göz bəbəyimiz olan Qüds TV-nin bağlanmasından duyduğum dərin ağrını, narahatçılığı və şoku sözlərlə necə ifadə edəcəyimi bilmirəm. 15 iyulu hamımız yaşadıq. Allaha Həmd olsun ki, bu istila və çevrilişə qarşı hamımız birlikdə qalib olduq. O gün, fikirlərimiz, məzhəblərimiz fərqli də olsa, ortaq nöqtəmiz var idi. Hamı bir yerdə idi. Prezidentimizin dirayəti, xalqımızın cəsarəti ilə qələbə çaldıq. Bu günlərdə, gecəli gündüzlü KudüsTV həmişə yanımızda oldu. Bəli, gənc oğlumu qara torpaqlara tapşırdım. Bunun iftixarını bizə, KudüsTV yaşatdı. 15 İyul zəfərini bizlər, KudüsTV və rəhbəri Nürəddin qardaşımızın vasitəsilə anlaya bildik. Və mən bu yayımlardan sonra ürəyinə güllə ilə vurularaq şəhid edilən oğlum üçün İmam Hüseynin (ə) öz övladı üçün dediyi kimi, “Allah bu qurbanı məndən qəbul et” dedim.”

“Gənc bir övladı itirməyin necə acı və dərd olduğunu anlamaq çətin deyil. İndi mən ikinci acını TV-nin bağlanması ilə yaşadım. Mən bu telekanalda idarəçilik etdim, dərdimiz, fikrimiz, hədəfimiz Qüds oldu. Qüdsdən başqa nə idi? 15 İyul çevrilişi baş tutsaydı, bəlkədə ilk sui-qəsdə məruz qalacaq Nürəddin Şirin olacaqdı (FETÖ-nun uydurduğu “SalamTohid” təşkilatındakı siyahıda ilk şəxslərdən biri Nürəddin Şirindir, bu siyahıda Ərdoğanın da adı var idi). Amma heç kəsə şikayət etmirəm; buradan çıxandan sonra mən şəhid oğlumun qəbrinə gedəcək və dərdimi ona danışacağam. İmam oğlunun şəhid olmasından sonra “şəhadətin başımı ucaltdı” demişdi, bəli məndə deyirəm. Amma son olaraq bu cümləyi də əlavə edirəm “Televiziyamızın bağlanması isə belimizi qırdı. Allahın yeganə ümidimiz sənsən. Allahdan gəldik, Ona qayıdacağıq.”, -deyə şəhid atası sözlərini bitirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button