AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Şəhid Qasim Süleymani adına beynəlxalq mükafat şəhid Polad Həşimovun ailəsinə təqdim olundu

Şəhadət dəyərlərin yaşamasına və bərpasına xidmət edir

İran İslam Respublikasının Azərbaycandakı səfiri və aliməqam Rəhbər Ayətullahul-Üzma Seyid Əli Xameneinin nümayəndəsi höccətül-İslam vəlmüslimin Seyid Əliəkbər Ocaq Nejad general Polad Həşimovun ailəsini ziyarət edib.

Qafqaz.ir xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində paylaşım edib.
Səfir bildirib ki, səfirliyin hərbi attaşesi və Ali Rəhbərin Azərbaycan üzrə nümayəndəsi Seyid Əliəkbər Ocaq Nejad ilə birlikdə general şəhid Polad Həşimovun evində olduq.
“Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim etdik.”

Şəhidpərvər cəmiyyətin özəlliklərindən biri onda əxlaqi və ilahi dəyərlərin üstün tutulmasıdır. Bəlkə elə buna görədir ki, şəhadət dəyərlərin bərpasına xidmət edir və dəyərlər camiəsini yaratmaq şəhidlərin əsas hədəfidir. Şəhid şahiddir və şahidlər düzgün yolun hidayətçiləri olaraq onun haqlı olduğunu sübuta yetirirlər.

Müstəqilliyini bərpa edəndən sonra Azərbaycan Respublikası tarixinin ən mühüm hadisəsi, şübhəsiz İkinci Qarabağ Müharibəsidir. İlhadçı Sovet rejiminin əsarət zəncirlərindən azadlıq fəryadı ucalan zaman Azərbaycan vətəndaşının da qanı müstəqillik yolunda axdı və bu xalq “şəhid” ifadəsini işlətməklə bir imperianın 70 illik ideologiyasını məhv elədi.

Əslində ilhadçılıq, metafizik anlayışları və dini dəyərləri inkar etmək Sovet ideologiyasının təməlində dayanırdısa da, bir xalq 70 ildən sonra “ya Hüseyn” şüarı ilə və şəhadət məktəbinə arxalanaraq həmin ideologiyanı alt-üst etdi.

İkinci Qarabağ Müharibəsi bütün digər təhlillərə rəğmən bir həqiqəti və heç bir gücün gizlədə bilmədiyi həqiqəti ortaya qoydu; o da şəhid adının ucalması və Şəhidlər Sərvəri İmam Hüseyn(ə) məktəbinin gündəmə gətirilməsi idi. Yəqin çoxları televiziya ekranlarında gördü ki, deyirdi “mən oğlum Yusifə ağlamayacam, mən İmam Hüseyn üçün ağlayıram”. Demək olar ki, bütün şəhid ailələri oxşar vəziyyətdə idi və bütün şəhidlər mərsiyə və Hüseyn şüarı ilə son mənzilə yola salındılar.

Əgər bu 44 günlük əhvalatı düzgün təcəssüm etmək istəsək, bu şəkil hər şeyi özündə ehtiva edə bilər. Bu hacablı qadın bir şəhidin həyat yoldaşıdır. Və yoldaşının şəhadətindən beş ay sonra onun yadigarını dünyaya gətirmişdir.

Hicabın bu ölkədə uzun keçmişi var. Bəzən isə hücumlara məruz qalıb, lakin bu şəkildə ölkınin qüdrət simvolu olan hərbi geyimli hərbçiləri hicabın qarşısında növbəyə düzülərək ona hörmətlərini nümayiş etdirirlər. Və budur şəhidin qüdrəti…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button