İranın Bakıdakı səfiri Azərbaycan Respublikasına İrana qarşı təxribatçılara cavab verib.
ANS kanalına müsahibəsində İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakayin son günlərdə Bakının bəzi mətbuatında və qara təşkilatlarında təhrikedici və təxribata yol vərənlərə cavabda deyib: Bəzi millətçi və separatçı qruplar ikinci kanalında baş verən səhvə görə sui-istifadə etdilər.
“Təəssüflər olsun, ki, “Fitilə”proqramında azərbaycanlılara toxunan bir yumordan istifadə olunub. Təkcə İran azərbaycanlıları deyil, fars xalqı da bunu tənqid edir. Həqiqət bundan ibarətdir ki, bu bilərəkdən baş verməyib.”
“Proqramın aparıcısı da azərbaycanlıdır və proqramın sonunda üzrxahlıq edib. İran televiziyasının direktoru İran azərilərindən üzr istəyib və proqram dayandırıb. Sadəcə müəyyən yanlışlıq olub və bu hər yerdə ola bilər.”- İranın Bakıdakı səfiri belə deyib.
Onun sözlərinə görə, bu hər bir ölkədə baş verə biləcək hadisədir. “Bəzi millətçi və separatçı qruplar xarici ölkələrdən dəstək alaraq bundan istifadə etdilər. İranı ittiham etdilər və ittiham edərək ölkənin daxili işinə qarışdılar. Bu İranın daxili işidir və heç bir ölkəyə bunun dəxli yoxdur. Biz Azərbaycanda iki ölkənin əlaqələrinə mənfi təsir edəcək hadisələrin təkrarlanmamasına ümid edirik.”
İranın Teleradio Təşkilatı televiziya verilişlərindən birində buraxılmış bir səhvə və yaranmış anlaşılmazlığa görə, İran azəri dillilərindən üzr istəyərək, verilişi hazırlamış amilləri cəzalandırıbdır.
İran İslam Respublikasının Teleradio Təşkilatının sədri Məhəmməd Sərəfraz “Fitilə” verilişinin bir hissəsindəki bağışlanmaz xəta və səhlənkarlıqdan dərin təəssüf hissi keçirərək, İran azəridillilərinin üzr istəyib.
Məhəmməd Sərəfraz bildirib ki, hər cür media əsaslandırılmasından uzaq, ən kiçik bir qaranlıq cəhət və bədbinliyin aradan qaldırılması üçün “Fitilə” televiziya verilişinin amilləri pozucu hesab olunurlar və bu mövzu, məsələnin və onun köklərinin aşkarlanmasınadək ciddi surətdə izləilənilir.
Məsələ İran azəriləri tərəfindən bitmiş hesab olunsa da, Azərbaycan Respublikasında hələ də separatçılıq səmtə yönəldilir.