Ermənistan Prezidenti Serj Sərkisyan Müdafiə naziri Seyran Ohanyanın müşayiəti ilə ölkənin şimal-şərq bölgəsindəki hərbi birləşmələri ziyarət edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Qoşunların döyüş hazırlığı ilə tanış olan Sərkisyan daha sonra işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfər edib.