Xəbərlər

Səhiyyə siyasətə alət olunanda

qafqaz həqiqətləri – Görünür səhiyyə nazirliyi xəstələri müalicə edə bilmədiyi üçün və İran səhiyyəsinə rəqabətdə uduzduğu üçün elə qərara gəlib ki, İran klinikalarının Azərbaycanda fəaliyyətini dayandırsın .

Neçə gün öncə yayılan xəbərə görə İranın Azərbaycandakı səfirliyinin əməkdaşı Məhəmmədzadə Əli Bulahi vəfat edib. Bu xəbər əvvəl yayılan zaman xəbər lentlərində Bulahinin qətlə yetirildiyi, bununla bağlı hüquq mühafizə orqanlarının da artıq işə cəlb olunduğu qeyd olunurdu.

Sosial şəbəkələrdə versiyalar da verilirdi, kimisi bu qətlin Mossad tərəfindən, kimisi isə MKİ tərəfindən törədildiyini yazırdı, sonra məlumatlar dəqiqləşdirilmiş kimi təqdim olunaraq xəbər yayıldı ki, Bulahi öz əcəli ilə dünyasını dəyişib. Allah rəhmət eləsin. Ancaq buna baxmayaraq hüquq mühafizə orqanları ölümün səbəbini araşdırır, mərhumun meyiti isə müayinə üçün ekspertizaya da göndərilib, növbəti günlərdə isə cənazənin İrana göndəriləcəyi gözlənilir.

Məncə də bu əcəli ilə baş verən ölüm hadisəsidir, ancaq əvvəl yayılan xəbərlərdə qətl kimi təqdim olunması suyu bulandırdı, bundan Azərbaycanın hüquq mühafizə orqanları bu hadisəni araşdırıb, obyektiv nəticəni bəyan etmək məcburiyyətindədir, ictimaiyyəti inandırmalıdır ki, burda heç bir qətl hadisəsi baş verməyib, Bulahi öz əcəli ilə dünyasını dəyişib.

İş bununla da bitmir, İran hakimiyyəti də belə söz söhbət yaranmasın deyə öz tərəfindən müəyyən bir araşdırma işləri aparmağa məcbur ola bilər, çünki İslam Respublikasında da mətubat bu işin üstünə gedə bilər, ictimaiyyətdən isə hakimiyyətə ölüm hadisəsi ilə bağlı konkret məsələlərin aydınlaşıdırlması tələbi yarana bilər. Əlbəttə İran cəmiyyətində yaxşı anlayırlar ki, Mossadın və MKİ-nin bu cür əməllərindən heç kim sığortalanmayıb, İranın özündə neçə neçə islam alimlərini qətlə yetirən düşmənlər birinci Azərbaycanda da nəsə edə bilər, bu günə qədər olmayıb, ancaq hər şeyin bir başlanğıcı olduğu qənaət də var.

Gündəmin İran mövzusu təkcə Bulahinin ölümü ilə bitmir, bir neçə həftə əvvəl İranın Azərbaycandakı iki klinikası ilə bağlı xəbər yayılmışdı, tibb mərkəzlərinin bağlanması xəbəri yayılmışdı. Bu gün Səhiyyə nazirliyinin sözçüsü, Anar Qədirlinin verdiyi açıqlamalardan bəlli oldu ki, İranın Qızıl Aypara Cəmiyyətinin klinikasının növbəti dəfə lisenziya alması üçün ünvanladığı müraciətə baxş keçirən zaman klinikaya qarşı səhiyyə nazirliyi bir neçə tələb irəli sürüb.

Səhiyyə nazirliyi hesab edir ki, klinikanın mövcud durumu nazirliyin tələb etdiyi standartlara cavab vermir, bu standartlar təmin edildikdən sonra lisenziyanın verilməsinə baxıla bilər. Anar Qədirlinin bu açıqlamaları da bir çaşqınlığa səbəb ola biləcək sözlərdir, guya belə çıxır İran klinikası standartlardan aşağı səviyyədə olduğundan nazirlik də lisenziya verməkdən imtina edib, ancaq əslində nazirlik sadəcə olaraq süründürməçilk edir, məsələni siyasiləşdirir.

Düzdür, müəyyən tələblər irəli sürüb, bu tələblər də əsasən klinikanın daxili dizaynı və təmiri ilə bağlıdır, ancaq texniki təchizat və personalın biliyinə heç bir pritenziya olmayıb, ola da bilməz. Hamı yaxşı bilir ki, hər gün, minlərlə azərbaycanlı müalicə olunmaq üçün İrana gedir, ancaq bu günə qədərə hələ bir nəfər iranlı müalicə üçün Azərbaycana gəlməyib.

Səbəbi də aydındır, İranda yüksək və münasibə qiymətə səhiyyə xidmət var. İndi sizcə burda məntiq hardadır? İranın Bakıdakı klinikasında hansısa standartlardan danışan səhiyyə nazirliyi nəyə irad tuta bilər?

Dediyim kimi, dizayn və təmirdən başqa heç bir şeyə, bu iki amilin də müayinə və müalicə işinə elə də təsiri yoxdur. İmam Xomeyni İmdad Komitəsinin nəzdindəki xəstəxananın bağlanmasının isə Səhiyyə Nazirliyinə heç bir aidiyyatı olmadığını bildirən Anar Qədirli bu məsələdən ümumiyyətlə xəbərsiz olduğunu deyib.

Bu necə olur ki, Komitənin klinikası açılan zaman səhiyyə nazirliyi 20 adda sənəd tələb edir sonra da onun açılışı üçün lisenziya verir, ancaq indi klinikanın bağlanmasından xəbərsizdirlər.

Əslində nazirlik bu klinikaya qarşı müayinə və müalicə üçün yetərli şəraitin olmaması iradını irəli sürüb, bunu təxminən bir neçə həftə əvvəl edib. İradları da rəsmi qaydada klinakayə qədim edib, ancaq nazirliyin sözçüsünün bundan xəbərsiz olması heç bir məntiqə sığmır, ya da etiraf etmək lazımdır ki, İran klinikalarının bağlanmasının arxasında Azərbaycan hakimiyyətinin İrana qarşı siyasi baxışlardan qaynaqlanır.

Bir az da dəqiq desək, Azərbaycan cəmiyyətində, mətbuatda tez tez verilən sual budur ki, hakimiyyət iddia edirsə ki, Azərbaycanda səhiyyə inkişaf edib, Avropa standartlarına çatıbsa, onda hansı səbəbdən azərbaycanlılar İran səhiyyəsinə üz tutur?

Görünür səhiyyə nazirliyi xəstələri müalicə edə bilmədiyi üçün və İran səhiyyəsinə rəqabətdə uduzduğu üçün elə qərara gəlib ki, İran klinikalarının Azərbaycanda fəaliyyətini dayandırsın və bununla da öz aybının üstünü örtsün, ancaq bu başını quma soxan, bədəninin isə çöldə qaldığı dəvə quşunun misalına bənzəyir.

islamtimes.org/az/ 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button