Sələfi yaraqlılarına ağır zərbələr endirildi – (Foto)

Qafqaz – Bu gün Suriya Milli Ordusu, Hasəkə rayonunun qərb məntəqəsinin müxtəlif mövqelərində vətəndaşların əmlaklarını oğurlayan, dinc əhaliyə qarşı terror əməliyyatları həyata keçirən və banditliklə məşğul olan sələfi silahlı terror qruplaşmalarına qarşı müvəffəqiyyətli əməliyyatlar təşkil edib.
Əməliyyatlar nəticəsində Medacin, Qərb Anbarı və Layf Stoon bölgələrində çox sayda vəhabi terrorçusu məhv edilərək bir çoxları da yaralanıb.
SANA-ya açıqlama verən rəsmi qaynaq, Suriya Milli Ordusunun Dəyrəzzor rayonunda da uğurlu əməliyyatlar apardığnı açıqlayıb. Qaynaq bildirib ki, Suriya Ordusu, aralarında bir neçə komandirin də olduğu çox sayda xain terrorçuları darmadağın edib. Suriya Milli Ordusu Huvəycət Sakir bölgəsində də apardığı əməliyyatlar nəticəsində azğın terror qruplaşmalarının yuvalarını kəşf edərək, içindəki yaraqlıları silah-sursatlarlı ilə birlikdə məhv edib.
Suriya Milli Ordusu, əl-Ərdi bölgəsində azğın terrorçulara qarşı apardığı əməliyyatlarda silahlı terror qruplarının roketatar və müxtəlif silah-sursatlarını məhv edərək, terrorçuları öldürüb.
Hama rayonunda da Suriya Milli Ordusu bir neçə uğurlu əməliyyatlar əldə edib. Belə ki, Suriya Ordusunun Sələmiyə əməliyyatında bir çox xarici vətəndaşlığı olan sələfi yaraqlıları məhv edilərək onlara aid silha-sürsatlar ələ keçirilib.
Hama rayonunda aparılan Sələmiyə əməliyyatında n çəkilən şəkillər:
ABNA